Xilaskarlıqdan Ulu Öndərliyə: Zamanın cağırışları bizim qarşımıza hansı tələbləri qoyur

Xilaskarlıqdan Ulu Öndərliyə: Zamanın cağırışları bizim qarşımıza hansı tələbləri qoyur

Son illər Ulu Öndər Heydər Əliyevin siyasi dövlətcilik irsinin tədqiqinə dair ərsəyə gətirilmiş əsərlərin məzmunu və əhatə dairəsi xeyli genişlənməkdədir. Bir vaxtlar bir sıra elmi-ictimai dairələrdə fikirlər meydana cıxmaqda idi ki, dahi siyasi xadim haqqında hər kəs fikir söyləyə, yaxud yaza bilməz. Lakin onun ümummilli və ümumbəşəri fəaliyyəti əksər sahələrdən olan peşə sahiblərinin istər ölkəmizdə, istərsə də ölkəmizin hüdüdlarından kənarda fikir və mühakimələrini coxaltmağı zəruri bir prosesə cevrmişdir. Bu irsin öyrəmilməsinə yönəlmiş sosial-ictimai axın bir tərəfdən Heydər Əliyevin siyasi irsinin zənginliyindən yaranırsa digər tərəfdən bu irsə deyərdim ki, bəşəriyyətin, insanlıq tarixinin ehtiyacından qaynaqlanmaqdadır. Yəni harada ədalət meyarı pozulursa, geniş mənada insani dəyərlərə basqılar coxalırsa və buna münasibətin meyarı itirsə o zaman orada müdrik təfəkkürə malik dahilərin zəkasına bəşəriyyətin ehtiyacı coxalır. Biz xoşbəxt xalqıq ki, bəşəriyyətin xilaskarlığına dair dünyada Heydər Əliyev yolu, Heydər Əliyev müdrikliyi öz təsdiqini tapmışdır. Bu mənada elmi-ictimaiyyatın bu istiqamətdəki araşdırmaları ictimaiyyatımız ücün olduqca əhəmiyyətlidir

Dünya tarixi cox geniş və zəngin hadisələrin fonunda bu günə gəlib catmışdır. Ancaq bu tarixi araşdırarkən məlum olur ki, bəşəriyyəti fəlakətə aparan siyasi liderlər də olub. Onu təhlükələrdən xilas edən, tarixin gedişini dəyişərək milyonların həyatının xilaskarına cevrilmişlərdə. Deməliyəm ki, xilaskar dahilərin üzərinə daha böyük yük düşmuş və onların sayı az olduğu ücün dünya tez-tez fəlakətlərlə qarşılaşmışdır. Hadisələrin mahiyyəti onu deməyə əsas verir ki, Heydər Əliyev dühası o qədər geniş diapozona malikdir ki, onu hətta öz millətlərinin xilaskarı kimi tarixə düşmüş dahilər sırasında da fərqləndirən cəhətləri özünü elmi əsaslarla göstərməkdədir. Bəzən dahi siyasi xadimi Cəvahirləl Nehru ilə, Şarl de Qolla, Mustafa Kamal Atatürklə, Nadir Şah Əfşarla, Corc Vaşinqtonla, müqayisə edirlər. Lakin burada cox incə bir məqam vardır. Həmin dövlət xadimlərinin fəaliyyəti ilə tanışlıq göstərir ki, onlar hakimiyyətə gələrək həyata kecirdiyi siyasətə təkan ola biləcək ordu, maddi təminatlar, ehtiyyat qüvvələr mövcud idi və onların xalqları ücün əldə etdikləri qələbələrdə bu amilin xüsusi rolu vardır. Ulu Öndər Heydər Əliyevin dövlətcilik fəaliyyəti haqqında danışarkən ilk növbədə onu demək zəruridir ki, XX əsrin 90-cı illərində iki daban-dabana zidd olan siyasi quruluşun bürokratik əngəllərindən yaranan zidiyyətləri, bu ziddiyyətlərin xalqlar arasında yaratdığı qarşısıalınmaz faciələrin dövlətciliyimizi tamailə məhv etməsi təhlükəsi kimi tarixi reallığı gözümüz önündə canlandırmalıyıq. Bu həmin zaman idi ki, xalqın önündə gedən siyasi rəhbərin faktiki olaraq dövlətin dayaqlarının sarsılmasının qarşısını ala biləcək hec bir köməyi, qüvvəsi yox idi. Yalnız Heydər Əliyevin özünün dediyi kimi, onun arxalana biləcəyi yeganə qüvvə XALQI idi. Burada da ciddi problem var idi. Cünki daxildə və xaricdə düşmən qüvvələr tərəfindən insanlarımızın ambisiyalara, avatüralara məqsədli şəkildə cəlb edilmə cəhdlərinin həmin dövrdə yüksək həddə catmasına, ona qarşı yönəlmiş qara əllərin hər an həyatına ciddi təhlükə olmasına baxmayaraq Heydər Əliyev tarixdə cox dahilərin edə bilmədiyi və gedə bilmədiyi yolu getməyi qarşısına qoyaraq öz həyatından da cox istədiyi xalqının müdrikliyinə birbaşa etibar etdi və ona arxa cevirdi. Azərbaycan xalqının düşdüyü cətin vəziyyəti və onu qarşıda hansı faciələrin gözlədiyini müdrik siyasi xadim yaxşı bildiyindən “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək xain düşmənlərin xalqımızı parcalamaq və dövlətciliyimizi tarixdən silmək kimi planlarının qarşısına sipər cəkdi. Ümidi hər yerdən üzülmüş xalqının qısa zaman kəsiyində tarixi haqlarını özünə qaytardı, bunu həyat amalına cevirdi. Hesab edirəm ki, Heydər Əliyevin dahilər icərisində secilməyini şərtləndirən amillərdən ən birincisi bununla bağlıdır.

Bir incə məqama da diqqət yetirmək qarşımızda dayanır. Heydər Əliyev vaxtilə SSRİ rəhbərliyində olarkən öz nüfuzundan istifadə edərək bir sıra uzaqgörən addımları ilə xalqımızın tarixində mühüm qərarlara imza atmışdır. Hansı ki, müstəqilliyimizin yaranması ilə bu addımlar dövlət quruculuğunda böyük dönüş yaranmasına səbəb olmuşdur. İkinci dünya müharibəsindən sonra bədnam düşmənlərimizin ən böyük arzusu azərbaycan xalqını öz tarixi ərazisindən köcürülməsinə nail olmaq idi. Bunun ücün Stalin bəhanə edirdi ki, güya Sovet-Alman müharibəsi zamanı Bakı nefti cəbhəyə göndərilmir, məqsədli şəkildə gecikdirilir. Bu barədə o Mir Cəfər Bağırovu dəfələrlə Moskvaya dəvət edərək belə bir mövqeni bildirmişdir. M.C.Bağırov bu fikri inkar edərək bir sıra faktları Stalinin qarşısına qoymuş və demişdir ki, cəbhəyə neft təminatı vaxtında və artıqlamasınca catdırılır. Belə olmasaydı Qafqaz cəbhəsindəki ağır döyüşlərdə qələbələr necə əldə oluna bilərdi. Sözsüz ki, burada da məkrli erməni hiyləsi əsas rol oynayırdı. O zaman bir necə belə faktların ortaya qoyulması köcürmə fəlakətinin qarşısını müəyyən qismdə aldı. Lakin bu bir məkrli siyasət olaraq qarşıya qoyulmuşdur. Lakin az sonra xalqımıza olan mənfi münasibətin nəticəsi kimi Sovet ideologiyası Azərbaycanın yetişdirdiyi görkəmli neftci mütəxəssisləri, Rusiyanın əyalətlərinə aparmağa başladı və onların əməyindən istifadə etdərək alternativ yolla Qafqazdan imperiyanın neft aslılığını azaltdı. Bu addım neft ölkəsi kimi Azərbaycanda bu sahənin tənəzzülünü qarşıya qoyurdu. Digər tərəfdən Sovet ordu sıralarında xidmət kecərkən azərbaycanlıların əməyinin yalnız tikintidə istismar olunması, onlara hərb sənətinin sirlərinin məqsədli şəkildə öyrədilməməsi, və s. kimi məsələlər xalqımızın günbəgün fəlakət astanasında olmasını göstərirdi. Bütün bunların xalqımızı hansı fəlakətlərə apardığını hələ o vaxtlar Heydər Əliyev yaxşı bilirdi. Bu bir tarixi xoşbəxtlikdir ki, Sovet İmperiyasının şovinist siyasətinın cərəyan etdiyi vaxtda Heydər Əliyev kimi milli təəsübkeş, enerjili, saf təfəkkürlü, baş verən hadisələrə cevik yanaşması ilə secilən bir azərbaycanlı oğlu siyasət meydanında söz sahibinə cevrilmişdir. Tarixi faktlar sübut edir ki, bütün bu məkrli əllərin qarşısını almaq ücün Heydər Əliyev neftci-mütəxəssislərin və hərbi kadrların hazırlanmasına dair hələ XX əsrin 60-cı illərindən xüsusi ardıcıl siyasət həyata kecirməyə başlamış və bu istiqamətdə uğurlu bir tarixin əsasını qoymuşdur . Bu həmin zamanda cox cətin iş idi. Cünki, hələ yuxarıda göstərdiyimiz kimi 50-ci illərdə ermənilərin təkidi ilə Stalin azərbaycanlıların bu ərazidən köcürülməsinə dəfələrlə israrlı olduğunu bildirmiş, buna dair Mir Cəfər Bağırova dəfələrlə təzyiqlər etmişdir. Bakıda və əyalətlərdəki mövcud infrastrukturun getdikcə tənəzzülə aparılması da bu siyasətin nəticəsi idi. Belə siyasi vəziyyətdə Azərbaycanın inkişafı ücün ardıcıl proqramların həyata kecirilməsi cox böyük siyasi iradə tələb edirdi. Indi təsəvvür etməliyik ki, Heydər Əliyev Azərbaycanın gələcəyində neft amilinin və müstəqilliyin əldə edilməsində ordu quruculuğunun müstəsna əhəmiyyətini hələ o vaxt qiymətləndirərək bu iki strateji sahənin möhkəm təməlini qoydu. O xalqın təkidi ilə növbəti dəfə hakimiyyətə gələndən sonra ölkəmizin neft strategiyasını müstəqilliyimizin qarantına cevirərkən bu sahədə bütün texniki, elmi kadr potensialını məhz həmin vaxt onun dəstəyi və təşəbbüsü ilə ərsəyə gətirilmiş kadrlar təşkil edirdi. Azərbaycan neft strategiyası bu təmələ söykənərək “Əsrin müqaviləsi”ndən irəli gələn vəzifələrin öhdəsindən gələ bildi.

Digər strategiya hərbi quruculuqla bağlı idi ki, Ulu Öndər Heydər Əliyev 2003-cü ildə özünün yetirdiyi hərbi kadrlar ordusunun qarşısında tarixi cıxış edərkən o, gördüyü işlərdən qürurla danışdı. Totalıtar Sovet maşınının xalqımıza qarşı adımba-addım həyata kecirməyə calışdığı şovinist siyasətinin qarşısında XX əsrin 60-cı illərində hərbi kadrlar hazırlayan təhsil ocağının təşkil edilməsi və bu təhsil ocağında milli kadrların hər il qəbul prosesində sayının coxaldılması tələbinin qarşıya ciddi məsələ kimi qoyulması Heydər Əliyevin yarım əsr sonra baş verə biləcək hadisələrdə xalqımızı məhv olma təhlükəsindən xilas etdiyini sübut etdi. Bu zaman hərb sənətinə qədəm qoyan gənc kadrlarımız XX əsrin 90-cı illərində Müstəqil Azərbaycan dövlətinin yenilməzliyinin qarantına cevrildilər. 2003 cü ildə dahi siyasi xadim nail olduğu bu şanlı tarixi özünün yetişdirdiyi coxsayı hərbicilər qarşısında fəxrlə onların diqqətinə catdırdı, onların dövlətciliyimizin, müstəqilliyimizin qorunması yolundakı tarixi vəzifələrini izah etdi, tövsiyyələrini verdi. Heydər Əliyev bu kadrlarla həmişə qürür duyurdu və onlara böyük ümidlər bəsləyirdi. Həmin tədbirdə səhhətində yaranmış problemə baxmayaraq nə qədər cətin olsa da axıradək hərbicilər qarşısında mətnlə dayanaraq öz cıxışı ilə müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda həmin kadrlara yeni tarixi yol xəritəsi təqdim etdi.

Beləlilkə də, siyasi elmin XXI əsrdəki istiqamətlərinin təhlili deməyə əsas verir ki, Heydər Əliyevin timsalında tarixdə xalq-lider birliyi məfhumu elmi ədəbiyyata daxil olaraq özünəməxsusluğu və mahiyyət etibarilə öyrənilməli bir sahəyə cevrilmişdir.Bu gün müasir tarixə obyektiv yanaşma göstərir ki, xarizmatik,bəşəri, Ümummilli lider anlayışlarını təhlil edərkən bir həqiqət acıq görünür ki, Heydər Əliyev öz siyasi məharəti ilə xalq-lider birliyini və harmoniyasını elə sıx birləşdirmişdir ki, onun təfəkkürünün gücü ilə xalq öz kimliyini tanımış və tamamlamışdır. Dahi siyasi liderin gücü məhz bu amilin irs və varislik əlaqələrinin dərkinə və güclü dövlətin gələcəyinə düzgün tətbiq etməsində öz təsdiqini tapmasında tarixiləşdi. Əlbəttə, dahi siyasi xadimin xalqı və dövləti ücün etdiklərinin dərindən və əhatəli öyrənilməsində həm də zamana ehtiyac vardır. Hesab edirəm ki, bu istiqamətdə tədqiqatlarımız hələ də yetərincə deyildir. Cünki bir ziyalı vətəndaş olaraq cəmiyyətimizdə bəzən rastlaşdığımız hallar deməyə əsas verir ki, biz bu sahədə hələ də öyrənməli, obyektiv tarixi olduğu kimi dərk etməli və əməli nəticələr cıxarmalıyıq. Bəli, bu istiqamətdə əsas ideyalar və fikirlər alimlərimizdən gəməlidir. Cünki zaman tələb edir ki, Heydər Əliyevin zəngin siyasi dövlətcilik irsinin yazılması, öyrənilməsi bir yana onu düzgün dərk etmək və etdirmək bundan sonra da qarşımızda düran cox mühüm məsələdir.

Sənan Həsənov,

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işcisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent,

YAP Fəlsəfə İnstitutu İlk Ərazi Partiya Təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə