Azad Rəhimov: “Ölkədəki 3 milyonluq gənclər dəstəsinin ancaq 5-10%-i nazirliklə əməkdaşlıq edir”
Azərbaycanın dünyaya tanıdılması istiqamətində müxtəlif beynəlxalq layihələr həyata keçirilməlidir. SİA-nın xəbərinə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. O bildirib ki, beynəlxalq layihələr çərçivəsində müxtəlif nümayəndələr buraya dəvət olunmalı, azərbaycanlı gənclər isə xaricdə layihələri icra etməyə göndərilməlidir. Onun sözlərinə görə, Azərbaycanı müxtəlif ölkələrdə təbliğ edən gənclərlə ölkənin təbliğini həyata keçirmək olar.
Nazir qeyd edib ki, bu gün Azərbaycanda ümumi əhalinin 66%-ni 35 yaşına qədərki gənclər təşkil edir: "Azərbaycanda 9 milyonluq əhalinin 5 milyon yarımı 35 yaşınadək insanlardır. Azərbaycanda qanuna uyğun olaraq gənclərin yaşı 14-29-u əhatə edir. Bu da əhalinin 30-31%-ni təşkil edir. Əhalinin 3 milyona yaxını gənclərdir. Mənim arzum odur ki, ölkəmizi irəliyə aparılan işlərdə 3 milyonluq böyük bir dəstə daha da fəal olsunlar. Təəssüflər olsun ki, böyük bir dəstənin 5-10%-i layihələr, maraqlı ideyalar təklif edir, nazirliklər əlaqə saxlayır, ancaq qalanları bizimlə ünsiyyətdə deyil. Çox istərdim ki, onlar da bizimlə sıx ünsiyyətdə olsun və müxtəlif layihələr təklif etsinlər". Nazir həmçinin nazirliyin vətənpərvərlik sahəsində həyata keçirdiyi layihələrdən danışıb. Onun sözlərinə görə, vətənpərvərlik sahəsində Gənclər və İdman Nazirliyinin digər naziliklərlə birgə həyata keçirdiyi ən böyük layihəsi "Cəsurlar və Şahinlər" hərbi idman oyunlarıdır. O bildirib ki, digər təşkilatlarla birlikdə bu layihəni daha üstün bir vəziyyətə çatdıra bilərik. Onun sözlərinə görə, bu istiqamətdə daim söhbət aparırıq ki, mövcud layihənin daha cəlbedici, maraqlı olması üçün hansı işlər görülməlidir.
A.Rəhimov vurğulayıb ki, nazirlik tərəfindən bu siyasət elə qurulub ki, bu istiqamətində müxtəlif gənclər təşkilatları tərəfindən təkliflər verilsin.
"Hazırda gənclərin böyük potensialı var və bu potensialdan istifadə olunmalıdır. Bu günə kimi 200-dən artıq uşaq və gənclər qeyri-hökumət təşkilatları qeydiyyatdan keçib. 2009-2010-cu illərdə nazirlik tərəfindən 2 milyondan çox müxtəlif layihələrə vəsait ayrılıb. Ötən il ərzində həyata keçirilən 132 layihənin 20%-ə yaxını vətənpərvərlik mövzusundadır. Biz istərdik ki, 2010-cu ildə vətənpərvərlik sahəsində müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən yeni layihələr nazirliyə təqdim olunsun", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB