İnzibati xəta faktları törədənlər cərimə ediliblər

İnzibati xəta faktları törədənlər cərimə ediliblər

Ekoloji cinayətkarlığa, brokonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və Respublikanın digər sututarlarında keçirilən tədbirlər nəticəsində, 2018-ci il və 2019-cu ilin 4 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 197 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 131 izibati xəta faktı aşkar edilib. SİA xəbər verir ki, bu sözləri su nəqliyyatında polis idarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov bu gün ETSN-də keçirilən mətbuat konfransında deyib.

“Cinayət və inzibati xəta törətdiklərinə görə 202 nəfər məsuliyyətə cəlb olunub, onlardan qanunsuz balıqovlamada istifadə olunan 101 ədəd qayıq, 424 tor, 32 mühərrik və başqa ov vasitələri, 16 ton 919 kq müxtəlif növ balıq, 2 min 662 ədəd krivet və digər su bioresursları götürülüb. Cinayət hadisələri nəticəsində təbiətə 56 min manat ziyan vurulub, inzibati xəta faktları törədənlər 11 min manat cərimə ediliblər. 2019-cu ilin 4 ayı ərzində 72 qanunsuz balıqovlama, 2qanunsuz ov etmə cinayət kaftları aşkar edilib, bu sahədə 48 inzibati xəta faktı aşkarlanıb”, - deyə Elmir Süleymanov diqqətə çatırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə