Rəşid Behbudov küçəsində sıxlıq yaranıb - Su borusu partlayıb (FOTO)
Rəşid Behbudov küçəsindən keçən su-kanalizasiya sistemində baş verən nasazlıqla əlaqədar olaraq yolun hərəkət hissəsində çətinliklər yaranıb. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Svetoforlarda yaşıl dalğa tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB