Nərimanov rayonunda “Tələbə kuboku”na yekun vurulub

Nərimanov rayonunda “Tələbə kuboku”na yekun vurulub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və Nərimanov rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisindəki ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş “Tələbə kuboku” uğrunda mini futbol turnirinə yekun vurulub. BŞGİBİ-dən SİA-ya bildiriblər ki, turnirin bağlanış mərasimində dahi rəhbər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışılıb. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi bildirilib.

On iki komandanın mübarizə apardığı turnirdə birinci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası tutub. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ikinci, Azərbaycan Kooperasiya Universitetinin təmsilçiləri isə üçüncü olublar.

Qalib komandalar diplom, kubok və medallarla təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə