Hicran Hüseynova: “Azərbaycan demokratiya yolunu seçib” - AÇIQLAMA

Hicran Hüseynova: “Azərbaycan demokratiya yolunu seçib” - AÇIQLAMA

“Avropa Şurasının 70 illiyi və Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi münasibəti ilə cəmiyyətimizi təbrik edirəm. Konfransın keçirilməsində əsas məqsəd gender bərabərliyi və media sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığı artırmaq, Azərbaycan mediasında gender bərabərliyi mövzusuna tarixi və müasir kontekstdə nəzər salmaq və bu mövzuda açıq müzakirələrə şərait yaratmaqdır”. SİA-nın məlumatına görə, bu sözləri “Gender bərabərliyi və media” mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O, əlavə edib ki, Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ bir çox ölkələrdən öncə verilib: “Azərbaycan demokratiya yolunu seçib. Biz qadınların hüquqlarının qorunması istiqamətində çox sayda layihələr həyata keçirmişik”.

Bütün xəbərlər Facebook səhifəmizdə