Prezident: "1993-cü il Azərbaycan üçün dönüş nöqtəsi oldu"

Prezident: "1993-cü il Azərbaycan üçün dönüş nöqtəsi oldu"

"Tam qətiyyətlə deyə bilərəm ki, 1993-cü ilə qədər bizim dövlət müstəqilliyimiz şərti xarakter daşıyırdı. Atributlar var idi, ancaq ölkə müstəqil siyasət apara bilmirdi". Bunu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Prezident bildirib ki, 1993-cü il dönüş nöqtəsi oldu: "Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı. Çünki o vaxt Azərbaycanda siyasi sistem hələ formalaşmamışdı. Siyasi sistemin formalaşmasında 1992-ci ildə Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyasının rolunu qeyd etməliyəm. Onu da bildirməliyəm ki, özlərini demokrat adlandıran şəxslər o vaxt imkan vermədilər ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Bir qrup vətənpərvər ziyalı Naxçıvana gedərək Heydər Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayını keçirdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə