“Bu gün Azərbaycan Heydər Əliyevin açdığı cığırdan əmin addımlarla irəliləyir”
TESPAM sədri Oğuzhan Akyener siyasi mefkure bloquna verdiyi açıqlamada Heydər Əliyev dühasının həm dünya türkləri, həm də Azərbaycan türkləri üçün nə qədər önəmli olduğunu bu gün daha yaxşı dərk edə bildiyimizi qeyd edib.
O.Akyener həm günü gündən inkişaf edən Azərbaycan – Türkiyə münasibətlərinin bu səviyyəyə gəlib çatmasının, həm hər ölkənin biri birinə ən çətin günlərdə dəstək olmalarının, həm də siyasi – ictimai, sosial – iqtisadi, enerji və təhlükəsizlik sahələrində qarşılıqlı əlaqələrin pik həddə çatmasının əslində Heydər Əliyevin regional və qlobal fəaliyyətlərinin nəticəsində baş verdiyini sözlərinə əlavə edib: “Onun rəhbərliyinə gəldiyi ilk dönəmlərdə regionda maraqları bulunan aktorların Azərbaycana göstərdikləri təzyiqlər, amma Heydər Əliyevin rəhbərliyindəki Azərbaycan iqtidarının bu enerji mübarizəsində çox diqqətli addımlar ataraq diplomatik bir şəkildə bu durumu dəyərləndirməsi ona gətirib çıxardı ki, Azərbaycan regionda çox ciddi bir aktora çevrildi, eyni zamanda da özünü dünya dövlətlərinə qəbul etdirməyi bacardı.
Bu gün Türkiyə ilə Azərbaycan arasında atılan enerji körpülərinin də əsası məhz Heydər Əliyevin dövründə qoyulmuş oldu. Bu da hal – hazırda Azərbaycanın insan kapitalına investisiya qoymağa başlaması, lobbiçilik fəaliyyətləri ilə məşğul olmasıyla nəticələndi. Bundan bir iyirmi il öncəsinə nəzər saldığımız zaman Ermənistanın qarşısında zəif durumda olan Azərbaycan görürdüksə, hal – hazırda Ermənistanda bütün sahələrdə üstələyən, ondan daha üstün bir Azərbaycan görürürk ki, bütün bunlar da hamısı Heydər Əliyevin Azərbaycana qoyub getdiyi mirasdır. Bu gün Azərbaycan Heydər Əliyevin açdığı cığırdan əmin addımlarla irəliləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB