Ağstafada Ulu Öndərin 96 illiyinə həsr edilmiş futbol turniri başa çatıb FOTOLAR

Ağstafada Ulu Öndərin 96 illiyinə həsr edilmiş futbol turniri başa çatıb FOTOLAR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə YAP Ağstafa rayon təşkilatının və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş futbol üzrə Ağstafa rayon çempionatına yekun vurulub. SİA-nın verdiyi məlumata görə, aprel ayının 5-dən start götürən çempionatda 18 komanda mübarizə aparırdı. May ayının 9-da gərgin idman mübarizəsi ilə keçən final oyununda Ağstafa şəhər və Poylu kənd komandaları qarşılaşıb. Oyun Poylu kənd komandasının qələbəsi ilə başa çatıb.

May ayının 10-da Heydər Əliyev parkında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov, rayon idarə-müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimi YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov giriş sözü ilə açaraq qeyd edib ki, Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.

Sonda çempionatın I, II, və III yerlərini tutmuş komandalara YAP Ağstafa rayon təşkilatının kubok, medal, diplom və qiymətli hədiyyələri təqdim edilib.

Bu gün həmçinin, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə