Müstəqil Azərbaycan dövlətinin qurucusu

Respublikamızın bütün şəhər və rayonlarında, eləcə də, dünyanın hər yerində Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər Heydər Əliyevin 96 illiyi təntənəli surətdə qeyd edilməkdədir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarında da bir çox tədbirlər keçirilir.

Məhəbbət İbrahimova: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib"

YAP Nərimanov rayon təşkilatının qadınlar şurasınnı sədri Məhəbbət İbrahimova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı qeyd edib ki, Azərbaycan xalqını düşmüş olduğu bütün bəlalardan xilas edən Ulu Öndər dövlət və dövlətçiliyimizin əbədi olması üçün zəruri olan bütün adımları atıb: "Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib. Dahi şəxsiyyət Heydər Əliyev hələ Sovet İttifaqının tərkibində respublikamızda rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə belə Azərbaycanın və azərbaycanlıların gələcəyini düşünmüş və bu günümüz üçün böyük işlərin və layihələrin əsasını qoymuşdur".

Ölkəmizin ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra düşmüş olduğu çətin dönəmlərdən də, məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və yüksək bacarığı sayəsində xilas olduğunu söyləyən M.İbrahimova dövlətimizin sağlam və sarsılmaz təməllər üzərində bərqərar olmasının əsasının da o dövrlərdə qoyulduğunu vurğuladı: "Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti ölkəmizin daha da yüksək inkişaf xətti tutmasına şərait yaradıb. Bu siyasəti isə Azərbaycan xalqı dəstəkləyir və bundan sonrakı illərdə də dəstəkləyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə