"Bu il 70 talassemiya xəstəsinə əlillik dərəcəsi verilib" RƏSMİ-AÇIQLAMA

"Bu il 70 talassemiya xəstəsinə əlillik dərəcəsi verilib" RƏSMİ-AÇIQLAMA

“Cari ilin yanvar-aprel aylarında 70 talassemiya xəstəsinə əlillik və ya sağlamlıq imkanları məhdudluğu təyin edilib”. Bunu SİA-ya açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova deyib.

O bildirib ki, ötən il Azərbaycanda 137 talassemiya xəstəsinə əlillik və bu xəstəliyi olan 145 uşağa sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb: “Cari ilin yanvar-aprel aylarında isə 70 şəxsə, o cümlədən talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi, 41 uşağa sağlamlıq imkanları məhdudluğu təyin edilib”.

G. Əzizova qeyd edib ki, xəstəliyin dərəcəsindən asılı olaraq həmin şəxslərə I, II və III dərəcə əlillik təyin olunur.

Xatırladaq ki, 8 may dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Talassemiya əlillik və ya sağlamlıq imkanları məhdudluq təyinatı üçün göstərici hesab edilən anadangəlmə, irsi qan xəstəliyidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə