Gənclər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Gənclər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

YAP Nəsimi rayon təşkilatı Ümummilli Liderin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirib

Məlumdur ki, hər il 10 may tarixində ölkəmizdə görkəmli dövlət xadimi, müasir dövlətimizin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi hörmətlə yad edilir.

Bu gün Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulmuşdur. Məhz Onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.

Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, Onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Bu səbəbdən, Ümummilli Liderimizin zəngin irsi dərindən öyrənilməli və daim aşılanmalıdır.

Bu məqsədlə, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı bu il də, ənənəvi olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirir. Bu tədbirlər çərçivəsində YAP Nəsimi rayon təşkilatı və onun gənclər birliyinin fəalları mayın 7-də Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə