Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatında gənclər birliyi ilə birgə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə rayon İdman və Gənclər İdarəsinin sədri, YAP Balakən rayon təşkilatı idarə heyətinin üzvü Rasim Paçalov açaraq, müstəqil Azərbaycanın gələcəyinin qurucuları olan gənclik Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə öz dəst-xətt təşəkkülünü tapmış, gələcək proqramını müəyən etmişdir: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir".
Tədbirdə məruzə ilə çıxış edən YAP Balakən rayon təşkilatının gənclər birliyinin sədri Nurlan Şibliyev Ulu Öndərin həyatına nəzər salmış, Onun Azərbaycan gəncliyi üçün etdiyi tövsiyyələri və gördüyü işləri ön plana çəkmişdir.
Dəyirmi masada çıxış edən gənclərdən Aynur Omarova, Fuad Mikayılov, Nərgiz Hacıxanova, Günel Hudulova, Könül Rüstəmova müstəqillik illərində Azərbaycan gənclərə göstərilən diqqət və qayğıdan, gənclərə rəhbər vəzifələrin etbar edilməsindən və onların bu etimadı ləyaqətlə doğrultmalarından söhbət açıblar. Çıxışlarda vurğulanıb ki, Azərbaycan gəncliyi dünyanın ən xoşbəxt gəncləridir. Çünki bu gün gənclərimiz dünyanın ən mötəbər ali məktəblərtində təhsil almaqla, müstəqil Azərbaycanı, onun gəncliyini ləyaqətlə təmsil etməklə yanaşı, həm də dünyada Azərbaycan gəncliyinin intellekt səviyədə olduqlarını nüsmayiş etdirirlər.
Tədbirin sonunda rayonda keçirilən "Heydər Əliyev-96" inşa müsabiqəsinin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB