“Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyi macar dilində nəşr olunub

“Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyi macar dilində nəşr olunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi görkəmli publisist, xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərin ömür yolundan bəhs edən “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyini macar dilində nəşr etdirib.

Kitab səfir Vilayət Quliyevin redaktəsi ilə çap olunub. Üçcildliyi macar dilinə tanınmış tərcüməçi Tamaş Varhegi çevirib. Nəşr Macarıstanın 150-yə yaxın kitabxanasına, habelə xarici ölkələrin Budapeştdə akkreditə olunmuş səfirliklərinə hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə