Daşkəsəndə "Böyük ömrün anları" filmi nümayiş etdirilib

Daşkəsəndə "Böyük ömrün anları" filmi nümayiş etdirilib

Bu gün Daşkəsən rayonunda icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, çoxsaylı YAP üzvlərinin, ağsaqqal və ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə ümümrayon tədbiri keçirilib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçiriblər. Rayon icra hakimiyyətinin iclas zalında davam edən tədbir Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın inkişafı və müstəqilliyi naminə gördüyü işlərdən, apardığı mübarizələrdən bəhs edən "Böyük ömrün anları" filmi nümayiş etdirilib.

Sonra müasir Azərbaycanın memarı, qurucusu və xilaskarının ölkəmiz üçün tarixi, əvəzsiz xidmətlərindən, respublikamızın sabitliyi və dinamik inkişafında qoyduğu bünövrədən danışan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində olan bugünkü inkişafın, məhz Onun adı ilə bağlı olduğunu bildirib: "Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri təyin olunanda, ölkəmiz keçmiş İttifaq respublikaları içərisində sənaye və kənd təsərrüfatının ümumi inkişaf səviyyəsinə, gəlirinin həcminə və əmək məhsuldarlığının artım sürətinə, habelə, əhalinin yaşayış səviyyəsinə görə geridə qalırdı. Azərbaycan qısa müddətdə aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi".

Ə.Abıyev onu da bildirib ki, dövlət müstəqilliyimizin ilk addımlarının, məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldığının şahidi oluruq: "Onun rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri çıxarıldı, üçrəngli Milli Bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması

barədə referendumdan imtina olundu, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq, sovet qoşun hissələri muxtar respublikadan çıxarıldı".

Rayon rəhbəri AXC-Müsavt cütlüyünün xəyanəti, təcrübəsizliyi və səriştəsizliyi Vətənimizi öz müstəqilliyini itirməsi, ərazisinin işğalı və parçalanması, dövlətçiliyinin məhv olması təhlükəsi qarşısında qoydu, şəhidlər xiyabanlarının yaranmasına səbəb olduğunu söyləib: "Xalqın müxtəlif təbəqələrinin saysız-hesabsız müraciəti, təkidli tələbi və vəziyyətdən çıxış yolu tapmaqda aciz qalan iqtidarın özünün inadlı xahişi ilə Ulu Ööndər Heydər Əliyev yenidən Azərbaycan hakimiyyətinin rəhbərliyinə gələrək, öz qayıdışı ilə dövlətimizin inkişafı və xalqımızın rifahının yaxşılaşmasına yönəlmiş taleyüklü problemlərin hamısını, qısa müddət ərzində, böyük müvəffəqiyyətlə həll etdi".

"Bu gün ölkə Prezidenti İlham Əliyev Ulu Öndərin yaratdığı strategiyanın əsasında Azərbaycan Respublikasını uğurla inkişaf etdirir"- fikrini qeyd edən Ə.Abıyev bildirdi ki, Prezident İlham Əliyev son 16 ildə islahatçı lider kimi alternativsiz rəhbərliyi tam təsdiqini tapdı: "Bu islahatların ölkəmizdə uğurla reallaşdırılmasına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da öz layiqli töhfələrini verir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi ölkədə bütün sahələr üzrə olan inkişafın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, Ona tam inanaraq güvənir. Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndər haqqında belə demişdir: "Ulu Öndər, həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, Onun davamçıları Onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz - Onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, Onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik".

Biz, daşkəsənlilər də Ulu Öndər Heydər Əliyevin ideyalarını, Möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi xəttini dəstəkləyərək, var gücümüzlə həyata keçiririk. Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və Dahi Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır".

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə