“Azərbaycan gəncliyi uğurla inkişaf edir, öz sözünü deyir ” RƏY-ÖZƏL

“Azərbaycan gəncliyi uğurla inkişaf edir, öz sözünü deyir ” RƏY-ÖZƏL

“Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu zamanlarda başlıca hədəf gənclərə qayğı olmuşdur. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı çoxsaylı fərman və sərəncamlar imzalaması buna bariz nümunədir: “Ulu Öndər Azərbaycan gənclərinin maraqlarından çıxış edərək, onlara daim öz diqqət və qayğısını görsətmişdir. Ulu Öndər Heydər Əliyevdən sonra Onun layiqli davamçısı Prezident İlham Əliyevdə bu sahədə geniş miqyaslı işlər görüb. Bu gün Azərbaycan gənclərinin demək olar ki, səsi Avropanın ən ali məktəblərindən gəlir. Gənclərimizin xaricdə təhsil alarkən onların təhsil haqları dövlət tərəfindən ödənilir. Bu bir daha onu göstərir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə uğur qazanıb və uğurlar davam etməkdədir. İnamla demək olar ki, Azərbaycanın gələcəyi tam şəkildə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Ümumilikdə götürsək bu gün Azərbaycan gəncliyi ilə bağlı dövlətin tutduğu mövqe dünyanın bir çox aparıcı ölkələrində yoxdur. Bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi uğurla inkişaf edir, öz sözünü deyir və Azərbaycan dövlətinin keşiyindədir və yanındadır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə