“Azərbaycanda gənclər siyasətinin təməli Ulu Öndər tərəfindən qoyulub” RƏY-ÖZƏL
“Müstəqil Azərbaycanın gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, bu gün Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də gənclərə diqqət və qayğısını əsirgəmir: “Bir sözlə, hər zaman gəclərimiz dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Bütövlükdə Azərbaycanda qəbul olunmuş bu və ya digər səpkili dövlət proqramlarında da prioritet hədəflərdən biri gənclərlə bağlıdır. Cənab Prezidentimiz 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricidə təhsil alması ilə bağlı böyük, fundamental bir sənəd imzaladı və Azərbaycanın gəncləri məhz Azərbaycanın milli kapitalı olaraq formalaşdırıldı və dünyanın ən aparıcı universitetlərinə göndərildi. Dövlətimiz bu gənclərin xərclərini qarşıladı. Azərbaycanın bu günkü gəncliyi dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycan gəncliyi üçün yaradılmış unikal imkanlardan üstün imkan olsun. Ölkə başçısı Azərbaycan gənclərinin təşəbbüslərinin, ideyalarının reallaşdırılması üçün məhz özünün şəxsi təşəbbüsü ilə Azərbaycan Respublikasının Gənclər Fondunu yaratdı. Gənclər Fondu dünyada yeganə fondur ki, gənclərin hərtərəfli inkişafını təmin etməyi üzərinə vəzifə olaraq qoyulub. Dünyanın digər ölkələrində Azərbaycandakı kimi, Gənclər Fondu yoxdur. Bu qədər geniş imkanlara, dövlət qayğısı ilə dövlətin himayəsi ilə təmin olunmuş bir fond yoxdur. Azərbaycan gəncliyi üçün bu gün yaradılmış gözəl imkanlar, mükəmməl şərait var. Yəni Azərbaycan gənclərinin inkişafı ilə bağlı bütün şərait yaradılıb. Bu imkanlardan da, gənclərimiz bəhrələnir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB