200-dən çox miqrant xilas edilib

200-dən çox miqrant xilas edilib

İspaniyanın Mülki Mühafizə və Dəniz Xilasetmə xidməti Avropanın sahillərinə qayıqla gəlməyə çalışan 200-dən çox qeyri-qanuni miqrantı xilas edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sahildə 4 belə qayıq tapılıb. İspaniyanın Mülki Mühafizə və Dəniz Xilasetmə xidməti tərəfindən açıqlanan məlumata görə, xidmət üzvləri 35 nəfəri azyaşlı olmaqla 205 nəfərin həyatını xilas ediblər.

Onların əksəriyyəti kişilərdir.

Qeyd olunub ki, ilin əvvəlindən İspaniyaya Aralıq dənizi vasitəsilə 8 min miqrant gedib. Onlardan 137 nəfəri həlak olub. Mayın 6-na olan son statistikaya görə, ümumilikdə Aralıq dənizi vasitəsilə Avropaya gələn miqrantların sayı 16 806 nəfər olub, onlardan 410 nəfəri dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə