Danimarkalı professor: “Bakı füsünkar şəhərdir”

Danimarkalı professor: “Bakı füsünkar şəhərdir”

“Bakıda tarixlə müasirlik qovuşur. Şəhərin ruhu insanı ovsunlayır. Tarixin izləri və müasir infrastruktur, müasir dəyərlər Bakını füsünkar edir”. Bu sözləri SİA-nın əməkdaşına açıqlamasında Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən 4 günlük Bio-Riyaziyyat Yaz Məktəbinin Yekun Forumundan sonra Danimarka Texniki Universiteti Tətbiqi Riyaziyyat və Kompüter Elmləri Kafedrasının professoru Mads Peter Soensen deyib.

Professor Yaz Məktəbinin əhəmiyyətinə də toxunub: “Üç fərqli mövzuda auditoriya qarşısında çıxış etdim. Düşünürəm ki, bu cür tədbirlər həm azərbaycanlı tədqiqatçılar üçün, həm də bizim üçün əhəmiyyətlidir. Öz araşdırmalarımızın nəticələrini təqdim etmək, yerli mütəxəssislərlə müzakirələr aparmaq xoş idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə