Ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın çaylarında, xüsusən də Balakən-Şəki ərazisindən axan çaylarda sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 70, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-180 faizini təşkil edir.
Ötən gün yağan yağışla əlaqədar Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 34 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 592 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 82 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 375 m3/s olmaqla, ongünlük normadan az olub.
Mayın 6-da yağan yağışla əlaqədar Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 148 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 75 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 108 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 39 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 360 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 51 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Kür çayının aşağı axınında isə suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 13 sm azalaraq 472 sm təşkil edib. Bu rəqəm 2018-ci il mayın 06-da isə 330 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 18 sm azalaraq 265 sm qeydə alınıb. 2018-ci il mayın 06-da isə bu rəqəm 179 sm təşkil edib. Salyanda suyun səviyyəsi 16 sm azalıb və 303 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 103 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 8 sm azalaraq 251 sm olub və bu göstərici 2018-ci il mayın 06-da 167 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm azalaraq 215 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il mayın 06-da isə 48 sm təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB