UNİCEF-in uşaq təşkilatının məlumatına görə, İran və İraqda baş verən daşqın hadisələrindən 100 mindən artıq uşaq və onların ailəsi ziyan çəkib. SİA bu barədə xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisələr nəticəsində 20 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Onların arasında uşaqlar da olub. Evlərindən təxliyə edilənlərin əksəriyyəti sanitar xidmətlərdən və təmiz sudan istifadə edə bilmədikləri üçün yağış suyundan istifadə etmək məcburiyyətində qalıblar.
“UNICEF uşaqları və ailələri təmiz içməli su ilə təmin etmək və digər təcili problemləri həll etmək üçün saat sürətlə çalışır”, - deyə təşkilatın İraqdakı nümayəndəsi Həmidə Laseko qeyd edib.
Xatırladaq ki, İraq, İran və digər yaxın bölgələr müntəzəm olaraq ağır yağışlardan və onların yaratdığı daşqınlardan əziyyət çəkir. Təbii fəlakətlərin yaratdığı ağır nəticələrin əsas səbəbi isə infrastrukturun zəif olmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB