Heydər Əliyev Mərkəzi ilə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb
Yasamal rayon Heydər Əliyev Mərkəzinə 158 nömrəli tam orta məktəbin şagirdlərinin ekskursiyası təşkil edilib. SİA xəbər verir ki, şagirdlər mərkəzin “Muzey”, “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.
Burada onlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Ekskursiyaların təşkilində əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, dünyagörüşlərinin genişlənməsi, məlumatlanması və müşahidə qabiliyyətinin artırılmasıdır.
Mərkəzlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB