Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi Yasamal rayon 20 saylı orta məktəbinin böyük nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının 95 illiyi və Ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə bağlı nümayəndə heyəti silsilə tədbirlərdə iştirak üçün Muxtar Respublikaya ezam edilib. SİA-nın xəbərinə görə, tədbir zamanı ilk olaraq təyyarə havada olarkən salonda fləşmob keçirilib. Məktəblilər Səməd Vurğunun "Azərbaycan" şeiri ilə flashmobla Ümummilli lider Heydər Əliyevə və Onun həyat və fəaliyyətinə sevgisini ifadə ediblər.
Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində məktəblilərin Heydər Əliyev Mərkəzinə, Heydər Əliyev Muzeyinə, Möminə Xatun türbəsi və Hüseyn Cavidin məqbərəsinə, tarix muzeyinə və bir çox ali təhsil ocaqlarına ziyarəti nəzərdə tutulub. Eyni zamanda nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasının gənclər və idman, təhsil nazirliklərinin və tədris ocaqlarının rəhbərləri ilə görüşləri planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB