"Məruzədə məcburi əməklə məşğul olan 450 uşağın aşkarlandığı bildirilir. Bu uşaqların gələcəkdə insan alveri qurbanına çevrilməsi ehtimalı istisna deyil". SİA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsində millət vəkili Fazil Mustafa söyləyib.
F.Mustafa bu uşaqların əksəriyyətinin valideynsiz olduğunu söyləyib: "Buna görə də ölkədə Aliment Fondunu yaratmaq lazımdır. Bunun üçün ilkin olaraq 10-12 milyon manat lazımdır. Uşağın günahı deyil ki, atası aliment ödəmir?! Dövlət Aliment Fondu vasitəsi ilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər. Digər tərəfdən, ölkədə yoxçsuluq səviyyəsi rəsmi olaraq 5,5 faiz olsa da, uşaqlar arasında yoxsulluq faizi 10 faizdir. Uşaq pulunun bərpa edilməsi lazımdır. Uşaq pulunun 6 yaşına qədər verilməsi daha yxaşı olar. Bu halda uşaq pulu ünvanlı ola bilər. Yəni imkanlı valideynlərə bu pul verilməyə bilər".
Millət vəkili Elmira Axundova qanunsuz transplantasiya əməliyyatının aparılmasına nəzarətin gücləndirilməsini vacib sayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB