"Polislərin əmək haqları artırılsın" TƏKLİF

"Polislərin əmək haqları artırılsın" TƏKLİF

"Bizim özümüzü təhlükəsiz hiss etməyimiz polisdən çox asılıdır. Polis şərəfli peşə olduğu qədər də çətindir". SİA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsində millət vəkili Qüdrət Həsənquliyev söyləyib.

Q.Həsənquliyev polis əməkdaşları ağır şəraitdə, bayramda belə işləyirlər: "Ancaq onlar da çox aşağı əmək haqqı alır. Cinayət-axtarış sahəsində çalışan polis əməkdaşı deyib ki, 523 manat alır. Bu, çox azdır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da çox aşağıdır, bu nazirlikdə orta aylıq əmək haqqı 350 manatdır. Bu nazirliklər Nazirlər Kabineti qarşısında əməkdaşlarının maaşlarının artırılması təklifi ilə çıxış etməlidirlər. Biz də deputatlar olaraq bu sahədə həmin qurumlara dəstək verməliyik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə