YAP Qaradağ rayon təşkilatında Ulu Öndərin doğum günü qeyd edilib FOTOLAR

YAP Qaradağ rayon təşkilatında Ulu Öndərin doğum günü qeyd edilib FOTOLAR

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının Neftçi nəqliyyatçı,4 saylı BUX, Lökbatan bələdiyyəsi, Lökbatan qəsəbə nümayəndəliyi, Ə.Əmirov adına NQÇİ, 180, 223, 321 saylı tam orta məktəb, Su kanal idarəsi, SOCAR Təlim Tədris Mərkəzi, poçt idarəsi, DSMF və digər təşkilatlar üzrə ərazi ilk partiya təşkilatlarında tədbirlər keçirilib. Tədbirlərdə YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Huseynov, rayon təşkilatının sədr müavini Munis Bayramov, aparat rəhbəri Haci İbrahimov, baş məsləhətçi Ramiz Yusubov, İdarə Heyətinin üzvləri Nazəkət Məmmədova, Ramin Quliyev, Nərman Qurbanov, Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə və digərləri iştirak ediblər. Tədbirlərdə millət vəkili Aydın Hüseynov çıxış edərək Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışıb.

Onun sözlərinə görə, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb: "Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub".

Aydın Hüseynov qeyd edib ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.

Digər çıxışçılar da Ulu Öndər Heydər Liyevin Azırbaycan dövlətinin müstəqilliyinin qorunması, dövlətimizin inkişafı istiqamətində qlobal fəaliyyətini diqqətə çatdırıblar. Natiqlər Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, Onun ölkəmizin müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi, inkişafı istiqamətində gördüyü işlərə, Ümummilli liderin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasətin uğurlarına, perspektivlərinə toxunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə