Bu mövzuda YAP Kürdəmir rayon təşkilatı rayon icra hakimiyyəti ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd edib
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP Kürdəmir rayon təşkilatının və Kürdəmir rayon icra hakimiyyətinin birgə təşkilatçılığı "Heydər Əliyev və milli -mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilibdir. Dəyirmi masa iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Eyni zamanda, təlbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının qadınlar şurasının sədri Sevda Hacıyeva açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı olduğunu bildirib və Azərbaycan qadınlarına qayğısından danışıb.
Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir.
YAP Kürdəmir rayon təşkilatının idarə heyəti üzvü, Kürdəmir şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxəliyeva, rayon mərkəzi kitabxanalar sisteminin baş kitabxanaçısı Məhinə Şirəliyeva, rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Elnarə Bayramova mövzu ətrafında çıxış edərək qeyd ediblər ki, bütün mənalı həyatını xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Çıxışlarda o da vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan qadınlarının qəlbində əbədi yaşayacaq, hələ neçə-
neçə nəsli bu böyük məktəbdən, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB