2 Fevral gənclər günü ərəfəsində "İRƏLİ" İctimai birliyi paytaxtda və rayonlarda iri miqyaslı layihələrin həyata keçirilməsini planlaşdırır. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlər çərçivəsində 1 Fevral saat 15:00-da İçəri Şəhərdə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Atəşgah Sığorta və "HP" şirkətinin dəstəyi ilə "İRƏLİ" Gənclər Mərkəzi adlanacaq çoxfunksiyalı, ümumi ərazisi min kvadrat metr olan gənclər mərkəzinin açılışı planlaşdırılır.
Mərasimdə Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkili Ceyhun Osmanlı, müxtəlif biznes, media və digər sektorları təmsil edən qonaqlar iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB