“Azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz”

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ilə “Azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz mövzusunda tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.

Bununla əlaqədar İctimai Birliyin yaydığı açıqlamada bildirilir ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ulu öndər Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdu.

Layihə çərçivəsində əsasən gənclər və yeniyetmələr arasında təlim-maarifləndirmə və yaradıcı müsabiqə işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, layihə 3 ay davam edəcək, müxtəlif tədbirlər keçiriləcək, bukletlər paylanacaq və layihə iştirakçılarına sertifikatlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...