Neftçala şəhəri köhnə məhəllədə səyyar qəbul-görüş keçirilib

Neftçala şəhəri köhnə məhəllədə səyyar qəbul-görüş keçirilib

Neftçala Rayon İcra Hakimiyyəti başçısının şəhərin köhnə məhəllədə növbəti səyyar qəbul-görüşü keçirilib. SİA-nın Aran bürosundan verilən məlumata görə, tədbirdə İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər sakinləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə şəhər sakinlərinə məlumat verib.

Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı üzrə idarə idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq verib. Bir sıra məsələlər isə yerində həll olunub.

Şəhər sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə