"Alimlər ev almaq üçün ipoteka krediti gözləyirlər"

"Alimlər ev almaq üçün ipoteka krediti gözləyirlər"

"Saray qəsəbəsində "Alimlər Evi" tikirik. Orada mənzilin 1 kvadratmetri 450 manatdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

O bildirib ki, 800 alim "Alimlər Evi"ndə mənzil almaq istəyir: "Həmin alimlərdən 150-si pulunu ödəyib. İndi biz ipoteka kreditinin verilməsini gözləyirik. Hələ ki, ipoteka krediti yoxdur. İpoteka krediti verilməyə başlayanda mənzil üçün pul ödəyən alimlərin sayının 500-ə çatacağını gözləyirik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə