Özbəkistanda nəşr olunan jurnalda Azərbaycan haqqında məlumatlar öz əksini tapıb
Özbəkistanın paytaxtı Daşkənddə özbək, ingilis və rus dillərində nəşr olunan "Эхо истории" jurnalında Azərbaycan haqqında materiallar dərc olunub. SİA-nın xəbərinə görə, "Эхо истории" jurnalının son sayında azərbaycanlı professor, tarix elmləri doktoru Nisbət Mehdiyeva və Afət Rüstəmbəyovanın Azərbaycan haqqında məqalələri dərc olunub.
N.Mehdiyevanın məqaləsində XX əsrin 60-80-illərdə Azərbaycan-Özbəkistan münasibətlərindən bəhs edir. Müəllif yazır ki, o illərdə iki ölkə arasında mədəni əlaqələr yüksək səviyyədə olub, həm Bakıda, həm də Daşkənddə müntəzəm olaraq mədəniyyət, incəsənət, poeziya günləri keçirilib, həmçinin Azərbaycan və özbək şairlərinin yubileyləri qeyd olunub. Azərbaycan və Özbəkistan yazıçıları tez-tez Bakıda və Daşkənddə görüşərək yaradıcılıq diskussiyaları aparıblar, dostluq ediblər. Bunun nəticəsində Azərbaycan və Özbəkistan yazıçılarının çoxsaylı əsərləri nəşr olunub.
A.Rüstəmbəyovanın "Özbəkistan və Azərbaycanda atəşpərəstlik" adlı məqaləsində isə hər iki ölkə xalqlarının həyatında odun müqəddəs rolu haqqında məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB