Silahlı münaqişə 42 min insanı evsiz qoydu

Silahlı münaqişə 42 min insanı evsiz qoydu

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən açıqlanan məlumata görə, aprelin 4-dən Tripolidə başlanan silahlı münaqişəyə görə, 42 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, komissarlığın sözçüsü Çarli YAksli bu gün keçirdiyi mətbuat konfransında deyib ki, atəşkəsin pozulması, ağır silahlardan istifadə dağıntı və köçürmələrə səbəb olur. Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, Tripolidə bu ay müddətində 42 mindən çox insan öz evlərini tərk ediblər.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən açıqlanan məlumatda Liviyanın Tripoli bölgəsində baş verənlərlə əlaqədar 1997 nəfərin ziyan çəkdiyini (345 nəfər ölüb, 1625 nəfər isə yaralanıb) açıqlamışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə