Təmir işləri ilə əlaqədar aprelin 30-dan mayın 1-nə keçən gecədən etibarən paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinin “Biləcəri enişi” adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, məhdudlaşma mayın 1-i axşam saatlarınadək davam edəcək.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB