Sabah AMEA-nın illik ümumi yığıncağı keçiriləcək

Sabah AMEA-nın illik ümumi yığıncağı keçiriləcək

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçiriləcək. AMEA-dan SİA-ya bildirilib ki, yığıncaqda Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, ötən il akademiyada müxtəlif istiqamətlərdə görülən işlər və əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr barədə məlumat veriləcək.

Yığıncaqdan əvvəl elmi nailiyyətlər sərgisi ilə tanışlıq olacaq. Həmçinin BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli” elan olunması ilə əlaqədar D.İ.Mendeleyevin “Kimyəvi Elementlərin Dövrü Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya və AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçki keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə