AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin yaradılması Ermənistanda siyasi gərginliyi artırıb

AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin yaradılması Ermənistanda siyasi gərginliyi artırıb

Ermənistanda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinin yaranması əleyhinə çıxanların ardı arası kəsilmir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hakim Respublika Partiyasının parlament fraksiyasının katibi Eduard Şarmazanov sözügedən komitəyə yeni sədrin seçilməsini danışıqlar prosesinə xeyir verə bilməyəcəyini deyib: "Həm Yerevan, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə bildirib ki, bu komitə münaqişənin həllinə dair danışıqlar prosesinə mane olacaq. O, prosesə xeyir verə bilməz. Səmərəsiz komitə ilə əməkdaşlıq xeyir gətirməyəcək".

 

Xatırladaq ki, ötən gün AŞPA bürosunun iclasında Xordi Ksukula i Kosta Dağlıq Qarabağla bağlı Alt Komitəyə sədr seçilib. Ermənistanın qurumdakı nümayəndə heyəti səsvermədə iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə