Ombudsman daun sindromlu xəstəyə 1-ci qrup əlillik dərəcəsi verilməsini təmin edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın fəaliyyətində əhalinin köməyə daha çox ehtiyaclı qruplarının, o cümlədən əlil, valideyn himayəsindən məhrum olub, kimsəsiz, habelə daun sindromlu uşaqların hüquqlarının müdafiəsi də mühüm yer tutur. SİA-nın xəbərinə görə, ombudsman həmçinin fiziki və əqli qüsurlu, sağlamlıq imkanları məhdud, ürək çatışmazlığından əziyyət çəkən, daun sindromlu uşaqların yaşadığı və müalicə olunduğu uşaq evlərinə, internat məktəblərinə mütəmadi olaraq baş çəkir, onların problemlərinin həllində yardımçı olur, müvafiq dövlət qurumları və QHT-lər, həmçinin əlil təşkilatları ilə birlikdə bu qəbildən olan uşaqların ehtiyaclarına ictimaiyyətin diqqətini yönəldən tədbirlər, donor həftəsi keçirir, xəstə uşaqlar üçün sovqatlar aparır, həmçinin bayram tədbirləri təşkil edir.
Ombudsman Daun Sindromlu Şəxslərin Assosiasiyası ilə bu uşaqların hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı əlaqələr qurub və bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası, ehtiyaclarının aradan qaldırılması, onların istedadının, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində öz töhfələrini verir. Müvəkkil öz xeyriyyəçilik ənənəsinə sadiq qalaraq əməkdaşları ilə birlikdə daun sindromlu uşaqlara yardımlar göstərib.
Eyni zamanda Müvəkkil "Şirin" uşaq bağçasının nəzdindəki "Məslək" istirahət düşərgəsində dəfələrlə olub, daun sindromlu, psixoloji gərginliyi olan, autizm xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşüb, onların problemlərini öyrənib, həllində yardımçı olub. Ombudsman bir qədər əvvəl Ukraynada ürəyində uğurlu cərrahi əməliyyat aparılıb və əməliyyatdan sonra Bakıya qayıdaraq, bu düşərgədə reabilitasiya olunmaq üçün yerləşdirilib, o cümlədən buradakı daun sindromlu uşaqların da vəziyyətini diqqətdə saxlayıb, onlara müntəzəm surətdə baş çəkib, bu uşaqların yaşayış şəraiti, qidalanması və müalicəsinin səmərəli təşkili məsələlərini müzakirə edib, müvafiq tövsiyələr verib.
Bu günlərdə Daun Sindiromlu Şəxslərin Asossiasiyasının rəhbəri Zərifə Məmmədova İnsan Hüquqları üzrə Müvəkkilə müraciət edərək, daun sindromu xəstəsi olan uşağın əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar məsələyə Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində baxılacağını bildirib, xəstəliyi və sağlamlıq vəziyyətinin ağırlığı nəzərə alınaraq, ona 1-ci qrup əlillik dərəcəsi təyin olunmasında köməklik göstərilməsini xahiş edib. Məsələnin qanun çərçivəsində müsbət həlli ilə bağlı ombudsmanın adıçəkilən mərkəzin rəhbərliyinə müraciətindən sonra bu günlərdə həmin xəstəyə 1-ci qrup əlillik dərəcəsi təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə