Sərhədçilər rusiyalı baykerləri Gürcüstana buraxmayıblar

Sərhədçilər rusiyalı baykerləri Gürcüstana buraxmayıblar

Gürcüstan sərhədçiləri rusiyalı baykerləri ölkəyə buraxmayıblar. SİA xəbər verir ki, Rusiya və digər MDB ölkələrindən olan 30 bayker Gürcüstan-Rusiya sərhədində Yuxarı Lars sərhəd-keçid məntəqəsində saxlanılıb. Onlara sərhədi keçməyə icazə verilməyib və karvan geri qaytarılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, baykerlərin ölkəyə buraxılmamaları onların sənədləri ilə əlaqədar olub.

Bayker karvanı mayın 1-2-də Afinada keçiriləcək beynəlxalq tədbirə gedirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə