YAP Qusar rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Siyasi Şuranın üzvü, Qusar rayon təşkilatının sədri David İbramxəlilov görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafında mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın həyat yolundan danışıb.
Tədbirdə çıxış edən Qusar rayon icra hakimiyyəti başçısının müavini Zoya Eldarova, rayon Heydər Əliyev Mərkəzinin direktoru, rayon təşkilatı qadınlar şurasının sədr müavini Neva Abdurahmanova və digərləri bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin tarixə parlaq səhifələr kimi yazılıb.
Tədbirdə digər çıxış edənlər Zərifə xanım Əliyevanın peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, vətəninə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi yaddaşlara həkk olunduğunu bildiriblər.
Tədbirin sonunda Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yoluna həsr olunmuş sənədli film nümayiş olunub.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB