Lənkəran Dövlət Universitetində“Öz biznesinə başla” mövzusunda seminar

Lənkəran Dövlət Universitetində“Öz biznesinə başla” mövzusunda seminar

Lənkəran Dövlət Universitetində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin Lənkəran Dövlət Universiteti ilə birgə təsdiq etdiyi tədbirlər planına əsasən tələbə gənclər üçün Elvin Dadaşsoyun təlimçiliyi ilə “Öz biznesinə başla” mövzusunda seminar-təlim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dos. İdrak Əsgərov, Sosial məsələlər üzrə prorektor dos. Kamran Kazımov, Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov, idarənin rəis müavini Elbəy Fətəliyev, universitetin müəllim və tələbə heyyəti və idarənin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dos.İdrak Əsgərov açaraq tədbir iştirakçılarını salamlamış, seminarın mahiyyəti və əhəmiyyəti haqqında tələbələrə məlumat verib. Daha sonra tədbir təlimçinin spikerliyi ilə mövzu ətrafında tələbələri maraqlandıran suallarla davam edib.

Tədbir cənab prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının 5.3.4-cü yarımbəndinin (Gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi üçün təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi) icrasını təmin etmək məqsədilə keçirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə