Mövzudan bixəbər olmaq, ya da Sevinc Osmanqızının Çindən pomidor gözləməyi

Mövzudan bixəbər olmaq, ya da Sevinc Osmanqızının Çindən pomidor gözləməyi

Youtuber Sevinc Osmanqızı cənab Prezident İlham Əliyevin Çinə səfəri haqqında şərh xarakterli videosujet hazırlamağa çalışıb. Çalışıb deyirəm, xanım Mirzəyeva bu sujetdə iqtisadiyyatdan, dünyada gedən geosiyasi proseslərdən nə qədər bixəbər olduğunu dərhal biruzə verib. Cənab Prezidentin Çinə səfərinin altında yatan regional ve qlobal perspektivləri burada saymaq fikrində deyiləm. Amma ən azından S.Osmanqızı bilməli idi ki, regionda gələcəkdə yarana biləcək iqtisadi asılılıqlardan xilas ola bilmək üçün cənab Prezidentin Çinə səfəri zamanı iştirak etdiyi bu ölkənin 2013-cü ildən etibarən irəli sürdüyü “Bir kəmər – Bir yol” layihəsinin müzakirə olunduğu konfrans olduqca önəmli idi. Hakimiyəti söyməkdən, vaxtaşırı Əli Kərimlini efirə çıxarıb mənasız-mənasız müsahibələr almaqdan başqa missiyası olmayan xanım jurnalist bunu bilməyə bilərdi, lakin ona qrant verib Azərbaycana qarşı çıxışlar etməyinə şərait yaradanlar çox yaxşı bilirlər ki, tarixi İpək yolunun bərpası zatən iki qütbə bölünmüş dünyada vahid hakimi – mütləqliyin mövcudluğuna əməlli başlı son qoyacaq.

Elə ona görə hazırda bütün gücləri ilə çalışırlar ki, Sevinc Osmanqızı kimi əmir qulları vasitəsi ilə bilməyən insanlarda çaşqınlıq yaratsınlar. Bu layihə başa gələrsə, altmış beş ölkəni əhatə edəcək və maliyyəti isə təqribən 1 milyard dollardan çox olacaq. Heç şübhəsiz hazırda materikdə və dünyada bu layihə hadisələrin fövqündə dayanmağa başlayıb və materikdə maraqları bulunan hər kəs bu layihədə bu və ya digər şəkildə iştirak etməyi qarşısına məqsəd qoyub. Belə olan halda Sevinc Osmanqızına nə düşüb ki, 1 trilyonluq layihenin önəmini qoyub bir tərəfə, Azərbaycana Çindən pomidor gələcəyi ilə bağlı absurd fikirler səsləndirir?! Bunun heç şübhəsiz özünəməxsus səbəbləri var və birinci növbədə yol Azərbaycandan keçdiyi üçün bu layihənin həyata keçməsi digər bundan öncəki layihələrdə olduğu kimi S.Osmanqızının arxasında dayanan qüvvələri narahat edir. Bu yol Azərbaycanın iqtisadi cəhətdeə güclənməsinə, geosiyasi və geoiqtisadi nüfuzunun artmasına, eynı zamanda regionda Azərbaycanın öz milli maraqlarının təmininə şərait yaradacaq ki, sizcə xanım Osmanqızıya hazır tezisləri ötürənlər bunu istəyərlərmi?! İkinci bir tərəfdən düşünün ki, bu layihədə keçmiş SSRİ ölkələrindən cəmi 4 ölkə iştirak edir ki, bunlardan da biri Azərbaycandır. Regiondaki ən sabit ölkə olan Azərbaycandır. Çin Xalq Respublikasının paytaxtında “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu mövzusunda keçirilən beynəlxalq konfransın Azərbauycanın təklifi ilə baş tutmasının özü belə Xəzərin hüquqi statusunun müəyyənləşməsi fonunda bu işin reallaşmasına təsir edən amil kimi qarşımıza çıxmaqdadır ki, bu da xaricideki bəzi antiazərbaycançı daireleri narahat etmekdedir.

Sonda Sevinc Osmanqızının diqqətinə ölkə başçımızın “Bir kəmər-bir yol” təşəbbüsü ilə bağlı dediyi fikirləri çatdırmaq istəyirəm: “Bir kəmər-bir yol” təşəbbüsü ölkələr arasındakı əlaqələri inkişaf etdirir, onlar arasında qarşılıqlı asılılıq yaradır və nəticədə, bu təşəbbüs regional sabitliyə və təhlükəsizliyə müsbət təsir göstərir. “Bir kəmər-bir yol” təşəbbüsünə biz də tam dəstək veririk. Azərbaycanla Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”.

Yəni, məsələ Sevinc Osmanqızının düşündüyü kimi pomidordan getmir. O, həmin layihənin nə olduğunu zəhmət çəkib Amerikadaki dostlarından soruşa bilər ki, gələn dəfə heç olmasa ona mövzu ilə bağlı səhih məlumat vərərlər. Xebersiz efirə çıxmaq hər halda heç bir youtuberə baş ucalığı gətirmir.

Bütün xəbərlər Facebook səhifəmizdə