QMİ-dən Ramazanla bağlı fətva

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. SİA-nın məlumatına görə, fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 6-na təsadüf edəcək.

Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə