Şotlandiyalı turist: "Bakı ilə Avropanın ən müasir şəhərləri arasında heç bir fərq yoxdur"
Mən bu gözəl şəhərə artıq üçüncü dəfədir gəlirəm. Qızım Bakıda həkim işlədiyi üçün burada üç dəfə olmuşam. Həyat yoldaşım Formula 1 azarkeşi olduğu üçün budəfəki səfərimizi məhz bu vaxta saldıq. Biz “Mercedes” komandasının qalib gəlməsini arzu edirik.
Bunu şotlandiyalı turist Elin Kempbell aprelin 27-də AZƏRTAC-a müsahibəsində deyib. Şotlandiyalı turist bildirib: “Bakıda İçərişəhər, Dənizkənarı bulvar və müasir ticarət mərkəzləri, gözəl binalar şəhəri daha da valehedici edir. Biz Avropanın demək olar ki, bütün ölkələrində olmuşuq. Deyə bilərəm ki, Bakı ilə Avropanın ən müasir şəhərləri arasında heç bir fərq yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB