Gürcüstan prezidenti 42 nəfəri əfv edib

Gürcüstan prezidenti 42 nəfəri əfv edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Pasxa bayramı ilə əlaqədar əfv fərmanı imzalayıb. SİA xəbər verir ki, fərmanla 42 məhbus əfv edilib. Onların sırasında azərbaycanlı da var.

Prezident Administrasiyasının rəhbəri Laşa Jvania bildirib ki, fərmanla 2-si qadın olmaqla 19 nəfər məhbus azadlığa buraxılıb. Eyni zamanda, 23 nəfər şərti cəzadan azad olunub.

Şərti cəzadan azad olunanlardan da ikisi qadındır.

Bütün xəbərlər Facebook səhifəmizdə