Rövşən Novruzoğlu: "Azərbaycan-İran münasibətlərindən istifadə edən müəyyən qüvvələr hazırda Dağlıq Qarabağda fəaliyyətdədirlər" -MÜSAHİBƏ
- Son zamanlar İranın ölkəmizin daxili münasibətlərinə, xüsusən də din məsələsində qarışması nə dərəcədə düzgündür?
- 1979-cu ildə İran hadisələri baş verərkən Azərbaycan orada gedən proseslərə qoşulmurdu. Ölkəmizdə bütün proseslər izlənsə də çərçivə gözlənilirdi. Heç bir din nümayəndəsi, siyasi elita, tədqiqatçı, aparıcı İranda gedən proseslərə qoşulmurdu. Sadəcə gözləmə mövqeyində idi. Lakin son zamanlar İran-Azərbaycan münasibətlərinin gərginləşməsində nüanslar, səbəblər var. Bu səbəblər təhlil olunmalı, təhlillər açıqlanmalıdır. Lakin bizim böyük bir qrupumuz səbəblərdən çox nəticələri təhlil edir. Ola bilməz ki, Azərbaycanda baş verən hadisələrə İran aqressiv münasibət göstərsin. Düzdür, İranda Azərbaycanı Azərbaycanda da İranı sevməyən qüvvələr var. Amma fakt budur ki, bu günki gündə güclü, qüdrətli Azərbaycan heç bir ölkəyə lazım deyil, özümüzdən başqa.
Müstəqil Azərbaycanı özümüz qorumalı, onun problemlərini özümüz həll etməliyik. Dini münasibətlərə gəlincə isə Azərbaycanda din istiqamətində görünən faktları bəzən qabartmırıq. Buna görə də kənardan elə görünür ki, dini irəliləyişlə bağlı Azərbaycanda heç bir iş görülmür. İran-Azərbaycan münasibətləri çox həssasdır. Filosof Fakst yazır ki, din iti bıçaq kimidir. Onunla baş da kəsmək olar, alma da soymaq olar. Nə İran, nə də Azərbaycan tərəfi heç zaman o bıçağı düşmən əlinə verməməlidir ki, həm bizim başımız kəsilsin, həm də onların.
- Necə düşünürsüz, İranın ölkəmizin daxili işinə qarışması iki ölkə arasında olan münasibətlərə necə təsir edəcək?
- Azərbaycan İran münasibətlərində çox qədim bir körpü var. O körpünü heç kim uçura və ya dağıda bilməz. Bu körpünü təməlini quranlar qurub, Ümummilli lider Heydər Əliyev kimi şəxsiyyət ucaldıb. O ki, qaldı münasibətə bizimlə İran arasında münasibətlər hər zaman gərgin olub. Nə vaxt iki ölkə arasında münasibətlər sakit olub ki? Hər zaman burada bir problem axtarıblar. İranla Azərbaycan arasında partlayışın olması üçün hər zaman problem axtarılıb.
- İranın ölkəmizə müdaxilə etdiyi məsələlərdən biri hicab məsələsidir. Ölkəmizdə hicabla bağlı qəbul edilən qərara münasibətiniz necədir?
- İran, fars mətbuatı, dünyanın bir sıra ölkələrində çıxan mətbu orqanları hicab məsələsi ilə bağlı təhsil naziri Misir Mərdanova hücuma keçiblər. Amma burada bir məsələ var. Onlar kimə hücum etdiklərini bilmirlər. Onlar bilmirlər ki, Misir Mərdanovun təhsil sistemində gördüyü işlər nə qədər çoxdur. Azərbaycanın təhsil sisteminin qurulmasında, formalaşmasında Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin birgə mühüm layihələri dünyada tanınır, BMT-də qeyd olunur.
Bütün bu görüntüləri demək lazımdır. Lakin bunları demək əvəzinə, iki ölkə arasında sensasiya yaratmağa çalışırlar. Hicab məsələsinə gəlincə isə, bu, Azərbaycanın daxili problemidir. Hicabı heç kim qadağan edə bilməz. Təhsil naziri demir ki, hicab qadağan olunsun. O deyir ki, məktəbə hicabla gəlmək olmaz. Türkiyədə də bunu deyirdilər. Bütün dünya ölkələrində də belə bir faktor var. Bunu təhlil etmək lazımdır. Lakin bu söz artıq əndazədən çıxıb. Təhsil naziri sadəcə deyib. Lakin bununla bağlı heç bir qərar qəbul olunmayıb. Nazirin sözünə qulaq asmaq, əsaslandırmaq da lazımdır. Bunu qabartmaq düzgün deyil.
Lakin çox təəssüf ki, nazirin dilidən sözü alıb, başladılar şişirtməyə. Xəmirdən kim nə istədi, bişirdi. O bu sözü ehtiyatla demişdi. Bunu iki ölkə arasında münaqişə körpüsünə çevirdilər. Heç kəsi qəzəbə çevirmək lazım deyil. Bizim İranla sərhədlərimiz var, bunlar kövrək sərhədlərdir. Təəssüf ki, kim nə istəyir yazır. Bir yandan İranda Azərbaycanı sevməyənlər bir yandan da Azərbaycanda İranı sevməyən qüvvələr münasibətlərin pozmasına cəhd edirlər. Azərbaycan İran münasibətlərinin inkişafına mane olan məsələləri kənara qoymaq lazımdır. Vaxtilə İranın Qarabağ müharibəsində bizə dəstək olmasını unutmamalıyıq. Bunu dünya görürdü. Bunları demək lazımdır. İki ölkəni qarşı-qarşıya qoymaq olmaz.
- Sizcə, iki ölkə arasında olan münasibətlərin korlanmasına çalşan qüvvələrin arxasında kimlər durur?
- Deyə bilərəm ki, İran tərəfi bu məsələləri ən çox İsrail istiqamətində vurur. Amma tədqiqat başqa bir şey göstərir. Nə üçün İsrail? Bəli, yəhudilərin də bu işdə əli ola bilər. Lakin burada erməni faktoru var. İsfahanda Topuzyanın bir məktəbi var. Topuzyan məktəbinin xüsusi qrupu var ki, həmin qrup bu gün Dağlıq Qarabağda, İranda, Azərbaycanda fəaliyyətdədir. Bütün bu məsələləri də qızışdıran onlardır. Onlar İran- Azərbaycan münasibətlərinin qızışdırıcılarıdır. Bu Topuzyan Təbrizdə kilsə tikdirməyə cəhd etdi, erməni məktəbləri açdı.
Hazırda qondarma Dağlıq Qarabağda qoşun kontingentində müharibənin qoyuluşu var. Hazırda orada torpaq iddiası yoxdur, müharibə iki ölkə arasında dini zəmində qoyulur. Hətta bununla əlaqədar layihə də işlənilir. Layihə Əmircanyanın, Akopyanın və Serq Lozaryanın imzası ilə hazırlanır. Layihə əsasında Ermənistanın qoşun kontingentində belə bir rəy formalaşdırılır ki, müharibə topaq davasından çıxıb, dini müharibəyə keçib. Bu layihə əsasında onlar bütün xristian cəmiyyətlərə, təşkilatlara üz tutublar. Arzu edirlər ki, dünya xristianları Səlib yürüşünü Dağlıq Qarabağdan başlasın. Onun ikinci cəbhəsi isə ermənilərin peyğəmbərsiz islam dini yaratmaq arzusudur. Onlar islam dininin özülü olan peyğəmbərə qarşı çıxırlar. Hicabla bağlı və digər məsələlər də bunun başındadır. Azərbaycan-İran münasibətlərindən istifadə edən müəyyən qüvvələr hazırda Dağlıq Qarabağda fəaliyyətdədirlər. Biz indi iki ölkə arasında gedən bu cür söhbətlərə deyil, Dağlıq Qarabağda gedən prosesləri öyrənməliyik. İran tərəfdə müəyyən erməni qüvvələri var ki, onlar Dağlıq Qarabağda dini icma açıb, dini fəaliyyətlərini qurublar.
- Ölkəmizdə 500-dən çox dini icma qeydiyyatdan keçib. Onların fəaliyyətini qaneedici hesab etmək olarmı?
- Mən bu məsələ ilə bağlı araşdırmalar aparıram. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınan dini icmalarda məqsəd var. Onlar məqsədsiz qeydə alınmırlar. Məqsəd budur ki, onlar ölkəmizin tanınmasında, dövlətçiliyimizin qorunmasında, dünyaya tanınmasında, ölkənin təbliğində iştirak etsinlər. Əvvəllər qeydiyyat məsələsində çox qarışıqlıq mövcud idi. Onlarla vəhabi təşkilat qeydə alınırdı. Amma Hidayət Orucovun fəaliyyəti nəticəsində çox məsələlərə aydınlıq gətirildi. Onun tərəfindən qeydiyyata alınan dini icmalara zəmanət verə bilərəm ki, ölkədə hər hansı bir dini çaxnaşma olarsa, o icmaların heç biri orada iştirak etməyəcək. Çünki onlar hədəfdən süzgəcdən keçirilir.
- Azərbaycanda dinin vəziyyəti...
- Çoxları Azərbaycanda gedən dini inkişafa mane olub, onu başqa səmtə yönəltməyə cəhd edirlər. Amma mümkün deyil. Azərbaycanda din kristallaşıb. Ölkəmizdə islam dini üçün islahat aparmaq lazımdır. Ölkəmizdə dinin vəziyyəti məni çox qane edir. Sadəcə, qazandakı kəfi yığmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB