Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ona həvalə olunmuş bütün vəzifələri uğurla həyata keçirir. Fəaliyyət dairəsinə aid olan bütün sahələr daima onun diqqət və qayğısı ilə əhatə olunmuşdur. Aprelin 26-da Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğunda olmuş və orda aparılan təmir-bərpa işləri ilə tanış olmuş, öz tövsiyyərini bildirərək qeyd etmişdir ki, “İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdir. Bakının, döğma Bakımızın ürəyidir”. Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan, Şirvan-Abşeron memarlıq məktəbinin ən məşhur nümunəsi kimi UNESKO-nun Dünya İrs Siyahısına daxil olan İçərişəhərin qorunması daima cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir.
Aprelin 26-da Birinci vitse-prezident Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Univesitetinin yataqxanasında və Qaradağ rayonununda salınmış “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşüb. Bu bir daha göstərir ki, Birinci vitse-prezidentin diqqət və nəzarətində olan ən vacib məsələlərdən biri köçkünlərin və qaçqınların yaşayış şəraitlərinin yaxşılaşdırılmasıdır. Görüşdə qeyd olunmuşdur ki, bu vaxta kimi bu sahədə çox böyük işlər görülmüşdür, 300 mindən artıq insan evlə təmin olunub və bu işlər uğurla davam etdirilir. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhfil verilmişdisə, bu il 6 min mənzil təhfil veiləcək.
Aprelin 25-də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq baxçasında, Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın 2-ci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub tövsiyyələrini və tapşırıqlarını verib.
Ölkəmizdə uşaq müəssisələrinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramının təqdimatı keçirilib və həmin vaxtdan Fond tərəfindən ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni müasir uşaq baxçalarının inşaası sahəsində böyük işlər görülmüşdür və görülməkdədir.
Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinin mühüm istiqamətlərindən birini sosial müdafiyəyə ehtiyacı olan ailələrin, birinci növbədə şəhid ailələrinin, müharibə əlillərinin sosial vəziyyətlərinin daima diqqətdə saxlanılmasıdır. Bu ilin aprelin 3-də Heydər Əliyev Mərkəzində Aprel döyüşlərində yaralanan və yüksək texnologoyalı protezlərlə təmin olunan əsgər və zabitlərlə keçirilən görüş buna bariz nümunədir.
Bütün bunlar göstərir ki, Mehriman xanım Birinci vitse-prezident kimi ona həvalə olunmuş bütün vəzifələri uğurla həyata keçirir. Onun elm, təhsil, mədəniyyət, idman, əhalinin aztəminatlı hissəsinin problemlərinin və digər sosial məsələlərin həllinə diqqət və qayğı göstərməsi, bu sahələri daima nəzarətdə saxlaması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Tam əminliklə demək olar ki, Mehriban xanım cənab Prezident İlham Əliyevlə birlikdə Azərbaycan xalqının sosial rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə qarşıya qoyulmuş bütün vəzifələri ugurla həyata keçirəcəkdir.
Rauf Əliyev, millət vəkili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB