Elmira Süleymanova: “İnformasiya daşıyıcıları istənilən suala qanun çərçivəsində cavab verməyə hazır olmalıdırlar”
"Mətbuat Ombudsmanının yaradılması "İnformasiya almaq haqqında qanun" üzərində işin aparılmasıdır". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova məlumat verib. O bildirib ki, bu yalnız jurnalistlərə aid olan bir şey deyil, hər bir vətəndaşın dövlət qurumundan məlumat almaq haqqı var. Amma burada böyük işin aparılmalı olduğunu deyən E.Süleymanova vurğulayıb ki, bunun üçün 6 ay vaxt var.
"İlk səs vermədən sonra həmin konstitusiya qanununa gərək ikinci dəfə səs verilsin ki, o qüvvəyə minsin. Bu 6 ayı istəyirəm ki, səmərəli təşkil edim. Artıq jurnalistlərlə görüşümüzün nəticəsində məlum olub ki, onlar dövlət qurumlarından daha çox məlumat almaqda maraqlıdırlar. Amma bununla yanaşı, informasiya daşıyıcıları ilə də işləmək lazımdır. Onlar da bu qanuna riayət edərək hər hansı bir istənilən suala qanun çərçivəsində cavab verməyə hazır olmalıdırlar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB