Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib VİDEO
Azərbaycan Ordusunun 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzlərinin poliqonlarında bütün qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlim-məşq prosesi davam edir. SİA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonaya yaxın ərazidə yerləşən poliqonlardan birində olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi burada müxtəlif bölmələrin iştirakı ilə keçirilən döyüş atışlı təlim məşqlərini izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB