“Siyasət dəllalı” Əli Kərimlinin “50-ci kalon” iddiaları

“Siyasət dəllalı” Əli Kərimlinin “50-ci kalon” iddiaları

1980-ci illərin sonlarında başlanılan Azərbaycan Xalq Hərəkatının məqsədi ermənilərin Dağlıq Qarabağa qarşı qaldırdıqları ilhaq hədəflərinin qarşısının alınması, Ermənistan adlı ölkədəki tarixi yurdundan dirdərgin salınmış 250 minlik soydaşımızın hüquqlarının qorunması, tam müstəqil bir dövlətimizin qurulmasını təmin etmək idi. Təbii olaraq bu prosesin önündə xalqımızın bütün təbəqələrini təmsil edən insanlar iştirak edirdilər. “Azərbaycan Xalq Cəbhəsi” məhz buna görə yaranmışdı. AXC-nin ilk günlərindən etibarən ziyalıları və cəmiyyətin intellektual təbəqəsini təşkil edənlər bu təşkilatda “diskriminasiya” ilə üz-üzə qaldılar. Çünki, AXC-nin bürokratiyasına dürtülmüş “Yurd” adlı bir qrup var idi. Onlar özlərini zahirən “savadlı”, “hüquqdan başı çıxan” və AXC-nin orqanı “Azadlıq” qəzetinin funksionerlərindən ibarət idilər. “Yurd” qrupu və “Azadlıq” qəzetinin ötən illər ərzindəki fəaliyyətlərini incələsək, hər iki qrupun eyni mənbədən idarə olunduğunu görərik. Beləliklə Azərbaycanda “antimilli” siyasətin mənşəyinin şahidi olarıq.

“Antimilli siyasət”in eyforiyası

1993-cü ildən etibarən Azərbaycanda gözlənilmədən xarici ölkələrin bir sıra institutları peyda oldular. “Azərbaycanda demokratiya” adı altında bəzi hədəfləri ortaya atmaq üçün böyük bir şəbəkə yaratmağa çalışılırdı. Ona görə də AXC-yə üz tutdular. Burada isə, onların “həsrəti” ilə alışıb-yanan “Yurd” qrupu müntəzir vəziyyətdə dayanmışdı. Ona görə ki, bu qrup Azərbaycanda istənilən milli siyasətə qarşı sarsıdıcı zərbələr vurmaq üçün səfərbər idi.

Milli siyasət dedikdə, hər hansı dövlət o zaman güclü olur ki, onun milli hədəfləri olur. Milli təməllər üzərində köklənməyən dövləti istənilən zaman “banan ölkə”yə döndərmək də asan olur. AXC-nin sədri Əbülfəz Elçibəy dönəmin şərtlərinə görə Ordubad rayonunun Kələki kəndində olduğu üçün, rəhbərlik tamamilə “Yurd” qrupunun nəzarətinə keçmişdi. Bu qrupun başçısı Əli Kərimli və onun yandaşları Azərbaycan Xalq Hərəkatında xidmətləri olan bütün kadrları, hətta dövlət müstəqilliyimiz üçün canından keçməyə hazır olan millət vəkillərini və nüfuzlu ziyalıları AXC-dən uzaqlaşdırmaq üçün gərgin mübarizə apardı. Çünki, NED (National Democratic Institute), “Ceymstaun İnstitutu”,“Soros Fondu”, “Henrix Böll İnstitutu”, “Human Race Watch” və digər onlarca sayda strukturlar sanki Azərbaycanda “web”, yəni hörümçək toru yaratmışdılar.

Qərb dövlətlərinin humanitar məqsədli yardımları adı altında “think tank” (fikir fabriki) yürüdülürdü. Bu, “beyinyuma” konsepti ilə uzalaşan doktrinanın tərkib hissəsi idi. Bütün bunlar AXC və rəhbərliyi işğal etmiş “Yurd” qrupu tərəfindən həyata keçirilirdi. Təki, onlar saxtakarcasına “xarizmatik” anlayışları ilə öndə olsunlar. Bir sözlə “amöb”ə bənzər bu qrup çox asanlıqla Qərb tərəfindən coşqularla qarşılanırdı. Çünki, Qərbin ənənəvi “neokolonial” siyasətinin astar üzünə çevrilmiş “Yurd” qrupu irəli sürülən bütün şərtləri can-başla həyata keçiridilər. Hətta AXC-nin lideri Əbülfəz Elçibəyi təşkilatın tribunası olan “Azadlıq” qəzetində aşağılamaq və təhqir etmək adi bir işə çevrilmişdi. “Yurd” qrupunun lideri olan Əli Kərimli elə başa düşürdü ki, Qərbin dəstəyi ilə milyonlarla başa gələn qrant layihələrinin sayəsində Azərbaycanın “gənc” və “perspektivli” liderinə çevriləcək. Bu qrup anlamırdı ki, Qərbdə belələrinə “siyasi prezarvativ” kimi baxılır. Çünki, “Yurd” qrupu və Əli Kərimlini sadəcə maraqlandıran qrant layihələri sayəsində “parazitcəsi”nə yaşamaq idi.

Ermənipərəst “World Vision International” fondu və Əli Kərimli

Bu təşkilatın Cənubi Qafqaz üzrə baş ofisi Gürcüstanın paytaxtı Tiflisdə yerləşir. Ofisin rəhbərliyində Liana Poqosyan (strateji planlaşdırma şöbəsinin rəisi), Narina Ohanyan (ictimaiyyətlə əlaqələr departamentinin rəisi), Narina Matevosyan (maliyyə direktoru), Aida Arakelyan (kadrlar şöbəsinin rəisi) və digər erməni kadrları təmsil olunurlar. Apardığımız araşdırmalar zamanı bəlli olmuşdur ki, AXCP sədri Əli Kərimlinin zəmanəti ilə bu təşkilatın çevrəsində yaradılmış QHT sektoru və kiçik qruplardan ibarət “sosial şəbəkə”ləri idarə edənlər 2012-2014-cü illərdə yüzminlərlə dollar dəyərində qrant layihələrinə görə pul almışlar. “World Vision International” fondunun 2015-ci il üçün hazırladığı hesabatında belə qeyd olunur: “Azərbaycan müxalifətinə il ərzində 1 milyon 800 min manat vəsait ayrılmışdır”. Bu ermənipərəst qurumun 2011-2012-ci illər üçün hesabatında Əli Kərimli və onun yandaşlarına 6 qrant layihəsinə görə 2 milyon 400 min dollar vəsaitin verildiyi qeyd olnur.
AXCP-nin funksionerlərindən biri olan və adını bizə açıqlamasıını istəməyən şəxsin etiraflarında o da bildirilir ki, Əli Kərimli bizi müntəzəm olaraq Tiflisə göndərirdi. Onun verdiyi ünvanda “qrant layihələri”nə imza atırdıq və pulları Bakıda Əli Kərimlinin özünə təsilm edirdik. O, da bu vəsaitin azından 70 faizini özünə götürürdü. Biz gecə-gündüz işləyir və bunun qarşılığında 150-200 dollar məvacib alırdıq. Sonradan öyrəndik ki, onun Londonda təhsil alan oğlu Orxan Kərimli “komfortlu” həyat yaşayır və bizə çatan pulları orada istədiyi kimi xərcləyir. Eyş-işrət xəstəsi olan Orxan Kərimlinin ehtiyaclarının həddi-hüdudu yox idi.

Ermənipərəst “World Vision International” tərəfindən Əli Kərimli və onun yandaşlarına verilən qrant layihələrinin əsil səbəbi
1. Azərbaycanda gənclərin ölkə ordusuna qarşı inamsızlıq yaratmaq,
2. Xarici dövlətlərin proyekti olan “Milli Şura”nın yaradıllması,
3. “Azad Söz” sosial şəbəkəsini yaratmaqla gəncləri hakimiyyətə qarşı yönləndirmək,
4. Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirləri gözdən salmaq və digər mövzulardan ibarət idi. Bütün bunlar əslində kölgədə qalan Ermənistanın strateji maraqlarına xidmət edirdi.

Azərbaycana qarşı təzyiqlərdə AXCP-nin rolu

Qərbə məxsus fondların vasitəsilə Azərbaycan dövlətinin regional gücə çevrilməsinin qarşısını almaq üçün, Əli Kərimli və onun yandaşlarının daim göstərdiyi “sədaqət” heç bir zaman unudulmayıbdır. Onları dəyərləndirmək üçün:

1. Müstəqil hüquqi ekspertlər,
2. Müstəqil sosial araşdırma mərkəzləri,
3. İctimai araşdırmalar qrupları,
4. Demokratik reformalara dəstək fondları,
5. İnsan haqlarının müdafiəsi,
6. İnsan haqlarının pozulmasını araşdıran fond və digər strukturlar adı altında tələb olunan qrant layihələri həyata keçirilibdir.

AXCP və onun sədri Əli Kərimli isə hər dəfə olduğu kimi, dolayı yolla bu layihələrin ararıcı siması sayılıb. Faktiki olaraq, bu gün Əli Kərimli “Milli Şura” adı altındabir yandan anti Qərb mövqeləri ilə seçilən Cənub qonşumuzdan, digiər yandan isə Qərbdən paralel şəkildə qrantlar alır. Əsas məqsəd Azərbaycanın beynəlxalq nüfuzunu mümkün qədər sarsıtmaqdır. Onun bu il aprel ayının 23-də facebook.com sosial şəbəkəsindəki profilində Azərbaycanda keçiriləcək “Formula-1” Beynəlxalq Yarışmaya qarşı paylaşdığı fikirlər bunu bir daha sübut edir. Əli Kərimli öz ənənəsinə sadiq qalaraq bu mötəbər yarışa kölgə salmaq üçün paylaşımında böhtan atmağı da unutmur. Guya bu beynəlxalq yarışın Azərbaycana heç bir xeyri yoxdur. “Zülm” və “işgəncələr”ə səbəb olur.

Azərbaycanın 29 illik müstəqillik illərindəki siyasi aləmdə bu qədər provakator xarakterə malik olan birisinə rast gəlinməyib. Halbuki, dəfələrlə hakimiyyət bu beynəlxalq yarışın mahiyyətini və xarakterini cəmiyyətə izah edibr. Bu, Azərbaycanın beynəlxalq aləmdə daha geniş mənada tanıdılması, ölkəmizdə turizmin inkişafı, qeyri neft sektorunun sayəsində milli gəlirlərimizin artması, turizm və turizm sənayesinin inkişafı, xalqımızın mədəniyyəti ilə bütün dünyanın tanış olması və digər amillərlə bağlıdır. Bu beynəlxalq yarış həm də doğma Bakıdan bütün dünyaya translasiya olunan bir idman bayramıdır. Əli Kərimli bütün bunları başa düşə bilmirsə, vay onun halına. Uzun illərdir ermənpərəst fondlardan aldığı qrant layihələrinin sayəsində məst olduğu antimilli genetikasının mənasıdır bu. Elə Ermənistan da, ona dəstək verənlər də istəmirlər ki, Azərbaycanın beynəlxalq nüfuzu daha da inkişaf etsin.

Ə.Yusifoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə