Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi bəyanat yayıb. DAK mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bəyanatda İranın son vaxtlar Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq cəhdləri pislənilib: "Son zamanlar İran adlanan yerdəki mövcud hökumətin Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq cəhdlərini, ölkəmizin maraqlarını tapdalayan, təhqirə məruz qoyan siyasi sifarişi görməkdə, Tehran rejiminin dövlət və özəl telekanallarında Azərbaycan əleyhinə həyata keçirilən təbliğat maşınının qərəzli fəaliyyətini dərindən anlamaqda və yaxından izləməkdəyik. Mütəmadi şəkildə Azərbaycan dövlətinin atributlarını təhqirə məruz qoyan, ardıcıl olraq Azərbaycan ərazisində dini etiqadlar anlayışına süni şəkildə söykənərək, daxildə dini ekstremizmə rəvac verən niyyət və planlarını gerçəkləşdirən İran adlanan yerin rəsmilərinin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərinə qarşı hərəkətlərinə son qoymazsa, Dünya Azərbaycanlıları Konqresi (DAK) olaraq, bu özbaşınalıga son qoyana qədər İran adlanan yerin Azərbaycan Respublikasındakı səfirliyi qarşımısında tərəfimizdən davamlı etiraz aksiyalarına başlanılacaqdır.
İran adlanan yerin insan haqlarına məhəl qoymayan siyasəti, Güney Azərbaycan ərazisindən olan soydaşlarımızın siyasi dünya görüşünə müdaxilə edilərək, amansız təzyiqlərə məruz qoyulması, hər gün hökm sürən işgəncə siyasəti, həbs edilən, təhqirə tuş gələn milli-demokratik fəallarımızın zülmünə son qoyulmadığı haqda gerçəklər bu gün dünyanın da diqqət mərkəzində olmalıdır. İnsan haqlarına önəm verdiyini siyasi yol olaraq seçən demokratik dünya bu haqsızlığa susqun qalmamalı və İran adlanan yerdəki özbaşınalığa dur deməlidir. Demokratik dəyərləri önəmsəyən ölkələrin İran adlanan yerdəki haqsızlıqlara son qoyulması üçün səslərinin çıxmadığı təqdirdə bu bölgədə arzu edilən sabitliyin mümkün olmayacağını görməkdəyik. İnsan haqları, demokratiya anlayışını siyasi yol olaraq seçmiş dünya birliyinin bu rəzalətə reaksiya verməsini təkidlə tələb edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB